Tədbirdə kənd sakinləri , Qəbələ, Kürdəmir, Mingəçevir şəhid ailələri, qazilər, yazarlar ,din xadimləri, təşkilat rəhbərləri,şəhidin ailə üzvləri , yaxınları iştirak etmişdir.
Əvvəlcə şəhidln məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhidin valideynləri çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir
Qoşqar Müşfiq oğlu Üzeyirov 26 yanvar 2002 ci ildə Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Orta təhsilini Elsevər Kərimoğlu adına Soltannuxa tam orta məktəbində alıb. 2020 ci il yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. 7 noyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 21 noyabr 2020 ci ildə Qəbələ rayonu Soltannuxa kənd qəbristanlığında torpağa tapşırılıb.
Allah cəmi şəhidlərimizə rəhmət etsin
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri
















