Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin qara qutusu Ankaraya gətirilib.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub.




