Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Səmədli Vüqar Vaqif oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 5 il keçir. Bu münasibətlə , şəhid ailələri, qazilər,şairlər, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi, ilahiyyatçılar tərəfindən onun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər
Səmədli Vüqar Vaqif oğlu 20 fevral 1992-ci ildə Qəbələ rayon Yengicə kəndində anadan olub. Yengicə kənd məktəbini bitirib. 2010-cu il aprel ayında hərbi xidmətə yollanıb. Xidmətini sülhməramlı qüvvələrdə aparan Vüqar 2011-ci il oktyabr ayında xidmətini başa vurub. Tikinti işlərində işləməyə başlayıb. 2018-ci ildə Çeçenistana işləməyə geden Vüqar 2 il orda işləyib və 2020-ci il sentyabr ayında Qarabağ müharibəsinin başladığı xəbərini eşidib qayıdır Vətənə. 5 oktyabr 2020-ci ildə könüllü olaraq döyüşlərə qoşulur. Kəşfiyyat sıralarına yazılandan sonra Füzuli, Qubadlı rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşaya istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.3 noyabrda xalqın böyük izdihamı ilə doğulduğu Qəbələ rayon Yengicə kəndində kənd qəbristanlığında dəfn edilib. Vüqar subay idi. Ailədə Ata, Ana, iki baci iki qardaş olublar.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Qəbələ rayon İB rəhbəri.


















