Dostuna son sözün dedi: Şəhid olsam anam – atam məni bağışlasın

Bu gün Qəbələ rayon Bum qəsəbəsi şəhid Süleymanov  Vasif Akif oğlunun 5- çi il dönümü qeyd olundu.

Şehid Vasif Süleymanov Akif oğlu 24. 02. 2002.  – ci il  Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuşdur orta təhsilini Bum qəsəbəsində bitirdikdən sonra Qəbələ turizim peşə təhsil mərkəzinə aşbazlıq ixtisasın  oxumuşdur.    İki il  oguduqdan sonra 6 ay Reversayt otelində işləmişdir. 2020.05.08- zi həqiqi hərbi xidmətə çağırılmışdır.

  Gəncede xidmət etdikdən sonra Gəlləbat rayonu göytəpə kəndində xüsusi təyniyatli dəstələrdə xitmətinə davam etirmişdir.
 Bir neçe təlimlərdə iştirak  fəxri diplomları almışdır.
 2020.09.25 səhər saatlarında  yola cixir. İkinci  Qarabag Müharibəsin də iştirak etmək üçün .
2020.09.30 ailəsi ilə son  danışığı olur,mən yaxsıyam.
 Məndən narahat olmayın, mən öz yerimdəyəm deyir.   

 2020.10.03 dostuna zəng edərək deyir, men Şəhid olsam atamla ,anama deyersən haqlarını mənə hallal etsinlər , və üç gün sonra 2020.10.06 səhər saatlarında  kamandiri ilə  birgə başından aldığı qəlpə yarasıyla Şəhidlik zirvəsinə ucalıb .
Bir gün sonra ayın 7 -si böyüyüb boya başa catdıgı Bum qəsəbəsində dəfin edilib.
 Əsgər yoldaşları onun döyuşlərdə nece mərd, qoxmaz olduğundan danışır.
 Neçə  ermənini məhf etdiyini söyləyirlər.  18 yaşı olmagına baxmayaraq şir  ürəkli  olduğunu deyirlər .
Süleymanov Vasifin ölümündən sonra 
Cəsur döyüşçü 
Kəlbəcərin  azad oluması
Füzulinin azad olumasiı
Gəbrayılın azad oluması
3 dərəcəli Rəşadət ordeni 
Vətən uğrunda medalları ilə təltif edilmişdir.

Vasifin 5- çi  il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə    Bum qəsəbə məktəb müəllimləri şagirdləri ilə, yazarlar, qazilər, şəhid ailələri , Qəbələ TV, din xadimləri, təşkilat rəhbərləri iştirak etdi.
Şəhidlərin ruhuna dualar oxunmuş, məzarına gül dəstələri qoyulmuşdur.

Şəhidin atası çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, Qəbələ rayon nümayəndəliyin rəhbəri