Çin Zelenskini görün nədə ittiham etdi: Görüş gözlənilən nəticəni verməyəcək

Ukrayna böhranının sülh yolu ilə həllinin yenidən dalana dirəndiyini vurğulayan Çin mediası Zelenskinin məsuliyyəti Moskvanın üzərinə atmağa çalışdığını qeyd edib.

“China Daily” qəzetinin iddiasına görə, Ukraynadakı münaqişənin həllini gecikdirən Kiyev lideri Vladimir Zelenskinin məqsədi günahı Moskvanın üzərinə atmaqdır.

Məqalədə ABŞ prezidenti Donald Trampın bu müstəvidə keçirdiyi çoxtərəfli görüşlərə baxmayaraq, Birləşmiş Ştatların rəhbərlik etdiyi sülh prosesində heç bir irəliləyiş əldə olunmadığı bildirilib.

“ABŞ və Avropa ölkələrini tənqid etməyə cəsarət etməyən Zelenskinin günahı Rusiyanın üzərinə atmağa çalışması təəccüblü deyil. Zelenskiyə xatırlatmaq lazımdır ki, Moskva və Kiyev fundamental məsələlərdə razılığa gəlməyincə, onunla Putin arasında istənilən görüş gözlənilən nəticəni verməyəcək. Bu məsələdə ciddi irəliləyiş əldə etmək üçün isə hələ çox iş görülməlidir”, – məqalədə qeyd olunub.