Telekanaldan ŞOK HÜCUM PLANI – İsrail İranda haraları vuracaq?

İsrailin “Kanal 11” telekanalı Təl-Əvivin İrana mümkün hücumu zamanı haraları hədəfə alacağına dair reportaj təqdim edib.

Mümkün hücumun hədəfləri olaraq bunlar ehtimal edilir:

  • Nüvə Obyektləri
  • Hərbi Obyektlər
  • Raket bazaları
  • Silah İstehsal Zavodları
  • Hava Hücumundan Müdafiə Sistemləri
  • SEPAH Komandanlığı Mərkəzləri
  • Yüksək rütbəki komandirlərin öldürülməsi.

Xatırladaq ki, 12 günlük müharibə iyunun 13-də İsrailin İranın nüvə, hərbi və strateji obyektlərinə qarşı genişmiqyaslı hücumları ilə başlayıb və intensiv hücumlar 24 iyun tarixində atəşkəs razılaşması ilə dayandırılıb.

Əməliyyatlar çərçivəsində İsrail İranın yüksək rütbəli hərbi komandirlərini, nüvə alimlərini və kritik obyektləri hədəfə alıb. İran isə dron və raket hücumları ilə cavab verərək İsrail şəhərlərinə, hərbi və strateji obyektlərə zərbələr endirib.

İnsan itkisi barədə rəqəmlər müxtəlif mənbələrdə fərqli olsa da, İran tərəfdə çoxlu hərbi komandirlər də daxil olmaqla təxminən 1190 ölü və 4 000-dən çox yaralı, İsrail tərəfdə isə 28 ölü, 3 200-dən çox yaralı olduğu bildirilir.