Şəhid ailələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə səfər edən bir qrup şəhid ailəsinin üzvlərini Arxeoloji Mərkəzin qarşısında Qoruğun direktoru Zahir Kərimov qarşılamışdır. İlk öncə qonaqlar Qəbələ Arxeoloji Mərkəzi ilə yaxından tanış olmuşlar. Ailə üzvlərinə məlumat vermişdir ki, Respublikamızda yeganə olan bu Mərkəz SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunmuşdur. 2014-cü ildə ölkə başçısının Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışı olmuşdur. Arxeoloji mərkəzdə iki sərgi salonu (muzey), bərpa laboratoriyası, akt zalı, konfrans zalı, kitabxana, arxeoloji fond mövcuddur. Bildirilmişdir ki mərkəzdə Beynəlxalq seminarlar, konfranslar və elmi işlərin araşdırılması istiqamətində bir çox tədbirlər keçirilmişdir. Mərkəzlə tanış olan qonaqlara məlumat verilmişdir ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin bir qismi burada, Qəbələ Arxeoloji Mərkəzin sərgi salonunda gələn ziyarətçilər üçün sərgilənir. Sərgilənən arxeoloji materiallar və sərgi salonlarında nümayiş olunan SEBA təşkilatının maliyyə dəstəyi ilə dövrü olaraq qoruq ərazisində aparılmış arxeoloji qazıntılarla bağlı hesabatlar və “Qəbələnin Tarixi, Etnoqrafiyası və Folkloru” adlı nəşr olunmuş kitablar toplusu haqqında qonaqlara geniş məlumat verilmiş, ailə üzvlərini maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılmışdır.
Sonda şəhid ailələri çay süfrəsi təşkil olunmuş, xatirə fotoşəkilləri çəkdilmişdir.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək Qəbələ Arxeoloji Mərkəzdən ayrılmışlar.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri

Təranə Alməmmədova