SEPAH-ın kəşfiyyat rəisi və müavini HƏLAK OLDU

İsrailin ordusunun hücumları zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəisi və müavini həlak olub.

Bu barədə İsrail KİV-i İDF-yə istinadla məlumat yayıb.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat rəhbəri, briqada generalı Məhəmməd Kazımi və müavini general Həsən Mühəqqəq İsrailin hava hücumları nəticəsində dağıntılar altında qalaraq ölüblər.