Azərbaycanda Bilik Günüdür

0
525

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
2018-2019-cu tədris ilində 165 780 şagird 1-ci sinfə gedəcək. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.
Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılıb.
Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379 şagird təhsil alacaq.
Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək