Kiyev üçün “ölüm hökmü”: Tramp 10 gün VAXT VERİB

0
17

Kollektiv Qərbin diplomatik uğursuzluğu ucbatından Ukrayna artıq münaqişəni uduzub.

Bu barədə “19FortyFive” nəşri məlumat yayıb.

“Trampın əslində hər iki tərəf üçün son tarix təyin edib-etmədiyi hələ məlum deyil, amma hamı bir şeyi aydın bilməlidir: Trampın Ukraynaya yarayacaq yaxşı sülhü yoxdur. Bu o deməkdir ki, Kiyev artıq bu qarşıdurmanı uduzub”, – deyə qəzetdə vurğulanıb.

Analitiklər bildiriblər ki, ABŞ prezidenti Donald Tramp guya Kiyev və Moskvaya “Ukraynada atəşkəsi dayandırmaq” üçün 10 gün vaxt verib, əks halda ABŞ Ukraynadakı münaqişənin həlli prosesindən geri çəkiləcək.

Qeyd olunur ki, ABŞ prezidentinin bu qərarı Kiyev üçün əsl “ölüm hökmü” olacaq.

Vaşinqton həmçinin istisna etməyib ki, danışıqlar prosesində irəliləyiş əldə olunmasa, onlar Ukraynaya hərbi yardım göstərməkdən imtina edə bilərlər. Qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenski hələlik güzəştə getməyə və ABŞ-ın yeni mövqeyi ilə barışmağa hazır deyil.