Bu ölkədə məskunlaşanlara 100 min dollar verilir

0
28

Son illərdə yeni ölkəyə köçməyə təşviq proqramları tendensiyaya çevrilib. Bəzi ölkələr müəyyən bölgələrə köçənlərə nağd ödənişlər, pulsuz mənzil və ya vergi kimi güzəştlər təklif edir. 

Bu ölkələrdən biri də Cənubi Amerikada yerləşən Çilidir.

Hökumət tərəfindən dəstəklənən “Start-Up Chile” adlı proqram, ölkəyə ilkin mərhələdə texnoloji yönümlü müəssisələrin cəlb edilməsi məqsədi ilə sahibkarlara 15-77 min funt sterlinq (38-172 min manat) arasında kapitalsız maliyyə təmin edir.

Sahibkarlara təkcə maliyyə dəstəyi deyil, həm də bir illik viza, əməkdaşlıq məkanı, təlimat və resurslar təklif olunur.

Onlar həmçinin proqram zamanı danışıqlarda iştirak etmək, tədbirlər təşkil etmək və ya mentorluq etmək kimi fəaliyyətlər vasitəsilə 4 min “sosial kapital” xalı toplamalıdırlar. Bu proqrama müraciət 200 sualdan ibarət form ilə hazırlanır.

Müraciət etmək istəyənlərdən 1 dəqiqəlik tanıtım videosu tələb olunur. Daha sonra 15 dəqiqəlik müsahibə, əvvəllər proqramda iştirak etmiş şəxsdən isə töviyə məktubu tələb edilir.