Dubay şokoladının populyarlığından yararlanmaq istəyənlər saxta məhsulları bazara çıxarır. Getdikcə daha çox saxta şokolad peyda olur ki, bu da təhlükəli vəziyyətə gətirib çıxarıb.
Bu barədə “Daily Mail” yazıb.
Nəşr bildirir ki, Ştutqart Dövlət Kimya və Baytarlıq İdarəsinin mütəxəssisləri BƏƏ və Türkiyədən gətirilən 8 növ “Dubay şokoladı”nı sınaqdan keçiriblər. Onlardan altısında palma yağının emalı zamanı əmələ gələn və potensial kanserogen olan 3-MCPD-nin təhlükəli səviyyələri aşkarlanıb.
Bundan əlavə, bəzi şokoladlarda digər təhlükəli maddələr aflatoksin və qlisidol tapılıb.
Mütəxəssislər Dubay şokoladı alarkən orjinallığa və keyfiyyətə üstünlük verməyi məsləhət görüblər.