Moskva vilayətinin Dolqoprudnı xəstəxanasının həkimləri qadına böyük uşaq dünyaya gətirməyə kömək ediblər.
Körpə qəhrəmanın doğulması barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb .
Bildirilib ki, 34 yaşlı xəstə xəstəxananın doğuş şöbəsinə tam müddətində daxil olub. Həm ananın, həm də övladının səhhəti normal olduğundan həkimlər təbii yolla doğuma qərar veriblər.
“Nəticədə 5030 qram ağırlığında və 61 sm boyu olan sağlam bir oğlan doğuldu”, – Dolqoprudnı xəstəxanasının mamalıq üzrə baş həkimin müavini Elena Şvıreva deyib.
İndi ana və körpə artıq evə buraxılıb.