Kremldən London və Parisə sərt cavab: Ört-basdır edirlər

0
52

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İngiltərə və Fransanın sülhməramlılarla bağlı bəyanatlarına kəskin reaksiya verib.

Zaxarova London və Parisin “sülhməramlı əməliyyat” adı altında Ukraynaya hərbi müdaxiləni ört-basdır etməyə çalışdıqlarını bəyan edib.

O həmçinin bildirib ki, Rusiya rusiyalı jurnalistlərin qətlinə beynəlxalq strukturlardan tam hüquqlu cavab almağa çalışacaq.

Qeyd edək ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Parisdə Vladimir Zelenski ilə birgə mətbuat konfransında Ukraynaya avropalı qoşunlar göndərmək niyyəti ilə bağlı növbəti dəfə açıqlama verib. O, sülhməramlıların hərbi cavab verə biləcəyini deyib. Rusiya isə bu cür “missiyanın” qeyri-qanuni və qəbuledilməz olacağını bildirib.