Martda təhlükəli günlərdə necə qorunaq? – Həkim Açıqladı

0
19

Mart ayında maqnit qasırğaları meteohəssas insanlar üçün əsl dözümlülük sınağıdır.

Təzyiq artımlarının, başağrılarının və yorğunluğun qarşısını almaq üçün həyat tərzinizdə kiçik dəyişikliklər etməli olacaqsınız.

Bu barədə rusiyalı həkim Olqa Çirkova “Pravda.ru”ya müsahibəsində danışıb.

Çirkova dərmanlarsız və stres olmadan Günəşdə partlayışların təsirini minimuma endirməyin yollarından bəhs edib.

Beləliklə, özünüzü daha yaxşı hiss etmək üçün nə etməlisiniz?

Ən azı 7-8 saat yatın

Xroniki yuxusuzluq maqnit qasırğalarının orqanizmə təsirini artırır. Yatağa daha erkən saatda gedin və yatmazdan əvvəl bütün gadcetləri söndürün.

Qəhvə və energetik içkiləri unudun

Kofein və energetik içkilər qan damarlarını yükləyir və bu zaman əgər qan təzyiqi qəfil qalxarsa, sağlamlıq vəziyyətinə pis təsir göstərə bilər.

Bitki çayları için

Çobanyastığı, nanə və melissa çayı sinir sistemini sakitləşdirir və maqnit qasırğalarının təsirini azaltmağa kömək edir.

Mədənizi çox yükləməyin

Yağlı və yüksək kalorili qidalar qan dövranını pozur və bu da qan damarlarını daha həssas edir. Liflə zəngin olan yüngül qidalar bu dövrü daha asan keçirməyinizə kömək edəcək.

Açıq havada daha çox vaxt keçirin

Qısa gəzintilər oksigen qəbul edilməsini yaxşılaşdırır, yüngül fiziki hərəkətlər isə gərginliyi aradan qaldırmağa kömək edir.

Əllər və ayaqlar üçün kontrast vannaları

Bu vannalar damar tonusunu stimullaşdırır, orqanizmin maqnit sahəsinin dalğalanmalarına uyğunlaşmasına kömək edir.

Olqa Çirkovanın sözlərinə görə, həmçinin xatırlamaq vacibdir ki, maqnit qasırğaları qorxulu deyil. Əgər sadə qaydalara əməl etsəniz, sağlamlığınız Günəşdə partlayışlardan asılı olmayacaq.