19 milyon manata ada satılır

0
32

Rusiyanın Moskva vilayətində 1 milyard rubla (təxminən 19 milyon manat) ada satılır.

Bu barədə təfərrüatlar “Filatoff Inc” “Telegram” kanalında təqdim edilib.

Məlumata görə, söhbət hər tərəfdən su ilə əhatə olunmuş 66,8 hektar sahədən gedir. Ada Moskvadan təxminən 40 kilometr aralıda, Ramenskoye rayonunda yerləşir.

“Orada təxminən 50 evdən ibarət elit kottec tikmək, həmçinin öz yaxta klubunu yaratmaq, təbii gölməçə yaratmaq və mayak tikmək mümkün olacaq”, – mənbə bildirib.

Əmlak sahibi isə əmindir ki, belə bir layihədən xalis mənfəət 12 milyard rubldan çox olacaq.