Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.
Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Minatəmizləmə fəaliyyəti haqqında” Qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.
Həmçinin, minatəmizləmədə istifadə olunan xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.
Bu, “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab edilir.
Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.