Bakılı qız mahnısı ilə amerikalıların ürəyinə yol tapdı – VİDEO

0
493

Beyli debüt klipini Vyanada yazılmış “Ready for tonight” mahnısına çəkib

Gənc azərbaycanlı müğənni Səbinə Beyli ABŞ-da yeni “Close” mahnısını təqdim edib. O, amerikalı pərəstişkarlarından xeyli müsbət rəy alıb.

Müğənni mahnısını YouTube səhifəsində təqdim edib. Qısa müddət ərzində xeyli bəyəni toplayan Səbinə indi ona klip çəkməyi planlaşdırır.

“Mənim yeni “Close” mahnımdan həzz alın. Bu, mənim gələcək mini-albomumun ilk sinqlıdır”, – Beyli yazıb.

Səbinə Beylinin 14 yaşı var. O, Bakıda doğulub, böyüyüb. 4 yaşından musiqi ilə maraqlanır. The Voice kids Türkiyə və “Qış” Bakı uşaq vokal layihəsində iştirak edib. Burada onu avropalı prodüserlər “kəşf ediblər”.

Beyli debüt klipini Vyanada yazılmış “Ready for tonight” mahnısına çəkib.  Musiqi ilə aranjirovkanın müəllifi avropalı musiqi prodüseri Avi Benedidir, sözləri isə Səbinə özü yazıb. Hazırda Beyli ABŞ-da yaşayır və təhsil alır.