Hər zaman üzügülər olaq

0
31

Həyatımızın və fəaliyyətimizin özəl və uğurlu günləri ən xoşbəxt günlərimizdir. Ancaq bəzən bu günlərimizə kölgə salan, bəzən boğan hadisələr də olur. Bu hadisələr realda da ola bilər, könül dünyamızda da…
Könül dünyamız çox zaman bizdən asılı olmayan yollarla irəliləyir.
Arzularımıza nə qədər qarışsaq da, yeni arzularımız yaranır. Bu dünyadan gözü tox gedən yoxdur.
Qəlbimizin tam rahatlığı üçün heç bir səbəb yoxdurmu? Özəl günlərimizi sevinclə qarşılamaq haqqımız yoxdur? Haqqı nahaqqa çevirənlərə nə deyək?
Mübarizə ərzimiz yoxdursa susmalıyıq, səbr etməliyik. Qəlbimizdə kin saxlamaq çətindirsə cəfasına dözərək söyləməlisiniz. Haqqın tərifini verən isə Allahdır.
Qəlbimizin rahatlığını verən səbr. Təmkin, kin-kidurətdən uzaq olmaq, gözü tox olmaq və bu dünyanın imtahan dünyası olduğunu unutmamaqdır.
Hər kəsə yardım edənlərin də, pislik edənlərin də qiyməti hesab dünyasında bəlli olacaq. İmtahan qarşısında hər kəsin həyəcanı bəllidir. Eşitdiklərini, bildiklərini, oxuduqlarını unudanlar da olur. Yaşam halını dəyişmənin fərqli təsirləri var.
Amma bütün yaşadıqlarımız ömür boyu bizi müşayiət edir. Təəssüflərə, iftixarlara, təşəkkürlər, sevinclər, kədərlərlə, intizarlarla…
Yaşam dünyamızda bacarıqlar da önəmli yer tutur. Hər hansı bacarığın sahibi olmaq ömür yolumuza işıq salır, həyatı maraqlarımızın ahəngini seçir.
“Şükürlər olsun” kəliməsini ürəkdən söyləyən insanın könül rahatlığına şübhə etmək olmaz.
Bu sözləri deyən həyatın acılarını yaşamış bir insan da ola bilər. Bu o deməkdir ki, onun dünya imtahanından üzüağ çıxacağı bəllidir.
Milyonlara sahib insanın naşükürlüyünün, pis əməllərinin sonunu deməyə isə yəqin ki, ehtiyac yoxdur.
Bir ömrümüzün uzun illərini yaşamaq da həyatdan öyrəndiklərimizə bəs olmur.
Öyrənmək, yada salmaq, təkrarlamaq, nümunə götürmək, dərs almaq, həyata keçirmək, öyrətmək bir ömür boyu həyatımızın əsas memarı olmalıdır. Bütün bunların mənbəyi isə çox təəssüf ki, fərqli ola bilər.
Həyatımızı idarə edənin öyrətim dünyası olduğunu nəzərə alsaq o fərqli kiçik dünyacıqların hürküsünə aldanmırıq. Həyatdan aldığımız heç bir zərbə bizim haqq yolumuzu dəyişdirməz.
Əgər dəyişən olarsa, demək k, onu bu xəyanətə sürükləyən həyatı biliklər deyil, şeytani qüvvələrdir.
Bu güvvələr hamınızın ətrafında var.
Bəs biz necə yaşayırıq? Bunlardan bizi qoruyan qəlbimizin paklığı, diləklərimizin ucalığı, zirvəsi, inamlarımızın sarsılmazlığı, iradəmizin və biliklərimizin bizə açdığı yoldur.
Sevinclə kədəri birgə yaşadığımız dünyada bu yoldan sapınanlardan olmayaq.
Sevinc hər zaman kədərə qalib gəlir.

SƏNUBƏR