Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? – Ən dəqiq iqtisadçının PROQNOZU

0
25

“Dünyanın ən dəqiq iqtisadçısı” Kristof Barrot Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ABŞ seçkilərində qalib gələcəyini proqnozlaşdırıb.

Bu barədə “Business Insider” məlumat yayıb.

Prezidentlik yarışının nəticəsini proqnozlaşdıran iqtisadçı hadisələrin inkişafı üçün üç ssenarinin adını çəkib.

Birincisi, ABŞ Konqresindəki parçalanma sayəsində Demokratların namizədi Kamala Harris qalib gələcək. Ekspertin fikrincə, bu halda ölkədə iqtisadi vəziyyət praktiki olaraq heç dəyişməyəcək.

İkinci ssenari Trampın korporasiyalar və ev təsərrüfatları üçün vergiləri azaltmaq imkanını məhdudlaşdıraraq, bölünmüş Konqresdə qalib gəldiyini nəzərdə tutur. Bu inkişafla siyasətçi, böyük ehtimalla xarici siyasətə diqqət yetirəcək.

Üçüncü ssenari – Barronun fikrincə, respublikaçıların tam dəstəyi ilə Trampın qələbəsi ən çox ehtimal olunan nəticədir”, – materialda vurğulanır.

Barro hesab edir ki, üçüncü halda Tramp korporasiyalar və ev təsərrüfatları üçün vergi güzəştləri ilə bağlı vədlərini həyata keçirə biləcək. Bundan əlavə, o, çox güman ki, daxili siyasətə daha çox diqqət yetirəcək və 2025-ci ildə ABŞ-da ÜDM-in 2,1-2,3 faiz artmasına səbəb olacaq.