Yol polisi işdən azad olundu – SƏBƏB

0
512
Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev Trend-ə bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.