Mərd, cəsur, qorxmaz insan

0
76

Şəhid Mayor Xəyyam Səmədovun ev muzeyiində tədbir keçirildi

Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin müəllimi Ramella Quliyevanın təşkilatçılığı ilə şəhid Mayor Xəyyam Səmədovun adına həsr olunmuş tədbiri onun ev muzeyin də qeyd etmişdir.
Tədbirdə Şuşa rayon 24 ümumi orta məktəbin müəllimi,şagird kollektivi, şəhidə dərs dediyi məktəbin müəllimi , şəhid ailələri, təşkilat rəhbərləri iştirak etmişdir.

Çıxış edənlər Xəyyam Səmədovun qəhrəmanlığından danışmış, məktəblilər şer söyləmiş, kompozisiyalar nümayiş etdirmişdi. Şəhidin valideynləri gələn qonaqlara minnətdarlığını bildirmişdir.

Səmədov Xəyyam Mirazim oğlu 16 yanvar 1986-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Qəbələ rayonunun Mirzəbəyli kənd orta məktəbində təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “Leytenant” hərbi rütbəsi ilə xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Səmədov Xəyyam Mirazim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.

Qəbələ rayonu Mirzəbəyli kənd qəbiristanlığında dəfn edilib.

Ailə tərkibi
Ata: Səmədov Mirazim Xanad oğlu
Ana: Səmədova Səba Əhməd qızı
Bacı: Səmədova Gülşən Mirazim qızı
Qardaş: Səmədov Elşad Mirazim oğlu
Həyat yoldaşı: Səmədova Piyalə Tofiq qızı
Oğlu: Səmədov Murad Xəyyam oğlu
Oğlu: Səmədov Nicat Xəyyam oğlu

Haqqında deyilənlər
Mərd, cəsur, qorxmaz insan olub.

Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri