İsraili şoka salan taktika: İran bacarmadı, “Hizbullah” isə görün nələr etdi

0
49

Milyard dollarlıq hava hücumundan müdafiə sisteminin “Hizbullah”a məxsus pilotsuz uçan aparatla yarılması İsrail ordusunu heyrətə gətirib. Maraqlısı isə, İranın hipersəs raketləri ilə edə bilmədiyini “Hizbullah”ın 20 illik dronla etməsidir.

İsrail Ordusu Radiosunun xəbər hesabatında İsrail Hərbi Hava Qüvvələrinin hücumla bağlı araşdırmasının ilkin nəticələri yer alıb.

“Hizbullah”ın Hayfaya hücumda eyni vaxtda 3 PUA, 3 idarə olunan raketdən istifadə etdiyi qeyd edilib. İsrail donanması və müdafiə sistemi Dəmir Qübbənin 2 PUA-ya müdaxilə etdiyi, Akka şəhərinin şimal-şərqində üçüncü PUA ilə əlaqənin kəsildiyi bildirilib.

Xəbərdə “PUA-nın aşağı hündürlükdə uçması və ya hava qüvvələrinin GPS sisteminə müdaxilə etməsi səbəbilə özünü məhv etdiyi zənn edilib” ifadəsi yer alıb.

İsrail Hərbi Hava Qüvvələrinin dəlil olmadığı təqdirdə PUA-ları özünü məhv edən hesab etməyəcəyi və bu çərçivədə İsrailin bir çox bölgəsində yaxın günlərdə xəbərdarlıq siqnallarının geniş şəkildə işə düşə biləcəyi bildirilib.

Həmçinin qeyd olunub ki, PUA uzaqdan idarə olunmayıb və onun yeri və marşrutu əvvəlcədən müəyyən edilib. PUA-nın İsrail əsgərləri yemək yeyərkən ehtiyatla hərbi bazanın yeməkxanasını nişan aldığı iddia edilib.

Qeyd edək ki, İsrail ordusu “Hizbullah”ın Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına həyata keçirdiyi PUA hücumunda 4 əsgərin öldüyünü, 7-si ağır olmaqla 58 əsgərin yaralandığını açıqlayıb.