Yeni Klinikada ilk dəfə laparoskopik histerektomiya əməliyyatı icra edilib

0
61

Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində laparoskopik histerektomiya – minimal invaziv üsulla uşaqlıq və artımlarının çıxarılması əməliyyatı icra edilib.

Tibb müəssisəsinə qanaxma ilə müraciət edən 48 yaşlı pasiyentin diaqnostik müayinəsi zamanı endometrial hiperplaziya diaqnozu qoyulub və dərhal cərrahi əməliyyata qərar verilib.

Əməliyyat cərrah-ginekoloqlar, uzman həkimlər – Nəzrin Məmmədova və Sevinc Məmmədova tərəfindən uğurla icra edilib.

Qeyd edək ki, endometrial hiperplaziya uşaqlığın daxili təbəqəsinin qalınlığının normadan artıq miqdarda olmasıdır. Menopauzadan sonrakı dövrdə qadınlarda endometrium qalınlığının artması endometrium xərçəngi üçün risk daşıyır.

Məlumat üçün bildirək ki, laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur.

Laparoskopik əməliyyatlar daha az travmalı olduğundan xəstəxanada yatış müddəti azalır, eyni zamanda əməliyyatdan sonra bədəndə kobud kəsik, çapıq və s. izlər qalmır.