Şanlı Qələbəmizə gedən yol

0
98

25 sentyabr 2024- cü il tarixdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Şanlı Qələbəmizə Gedən Yol” layihəsinin açılış tədbiri layihə rəhbəri Xəyal Məmmədəliyevin rəhbərliyi ilə Qəbələ rayonunda, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirildi.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Xiyabanı kompleksini ziyarət etmiş, Ulu öndərin abidəsi önünə, şəhidlərin məzarlarının üzərinə, xatirə lövhələrinin qarşısına gül dəstələri düzərək dahi rəhbərə və şəhidlərə dərin ehtramlarını bildirmişlər. Daha sonra layihə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir formasında davam etmişdir ilk öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hər bir tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliği, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması hərbi-vətənpərvərlik istiqamətində, gənclərin hərbi savadlılığının artırılması məqsədilə təlim- tədbirlərin keçirilməsindən ibarətdir.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatı, Rayon Təhsil Şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsi, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ nümayəndəliyi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin, rəhbər və əməkdaşları, şəhid ailələri, qazilər, təşkilat rəhbərləri, müəllim və tələbə heyyəti iştirak edib.Təlimin sonunda bir qrup gənclərə fəxri fərman və sertifikat təqdim olunub.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və inkişaf Mərkəzin Qəbələ rayon nümayəndəliyinin rəhbəri