Ukrayna bu ölkə ilə saziş imzaladı: görün nələr verəcəklər

0
50

Ukrayna və İrlandiya ikitərəfli təhlükəsizlik sazişi bağlayıb.

Bu barədə Ukrayna prezidentinin ofisinin saytında məlumat yayılıb.

Dublin Kiyevə hərbi dəstək üçün daha 128 milyon dollar və humanitar yardım üçün 40 milyon dollar ayırmağı öhdəsinə götürüb.

Ölkə həmçinin Ukraynaya partlayıcı sursatların zərərsizləşdirilməsi üçün avadanlıq ötürəcək və bundan sonra Ukrayna ərazisində minaların təmizlənməsi koalisiyasında iştirak edəcək.

İrlandiyanın baş naziri Saymon Harris Kiyevdə səfərdədir. Onun Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya ilə münaqişəni, Aİ-nin Kiyevə dəstəyini və Ukraynanın Aİ-yə üzvlük müraciətini müzakirə edəcəyi gözlənilir. Görüşün yekununda onlar bir sıra sənədlər imzalayacaqlar.