İki türk dövləti ANLAŞDI: kosmosda birgə araşdırma aparılacaq

0
69

Astana və Daşkənd birgə kosmik peykləri orbitə çıxarmaq niyyətindədir.

Bunu Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin mətbuat xidməti bəyan edib.

Qeyd edilib ki, Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Asiya-Sakit Okean Konfransı çərçivəsində keçirilən görüşdən sonra 2024-cü ilin sonunadək hazır olacaq süni kosmik peyklərin buraxılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.

Bundan əvvəl Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti “Baiterek” kosmik raket kompleksinin 2028-ci ildə istifadəyə veriləcəyini bəyan edib.

Qeyd olunur ki, ilk sınaq buraxılışı 2025-ci ilin sonuna planlaşdırılır, ikinci sınaq 2026-cı ilin oktyabrında, üçüncü isə 2027-ci ilin oktyabrında həyata keçiriləcək. Eyni zamanda, “Baiterek” kompleksinin istifadəyə verilməsi 2028-ci ilə planlaşdırılır.

Həmçinin Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin bildirib ki, Rusiya Qazaxıstanı Beynəlxalq Kosmik Stansiyada (BKS) tədqiqatları davam etdirməyə dəvət edib.