Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) avqust ayında miqrasiya qanunvericiliyini pozduğuna görə 33 nəfəri, o cümlədən Azərbaycan vətəndaşlarını ölkədən çıxarıb.
Bu barədə qurumun məlumatında deyilir.
Çıxarılanların bəziləri ölkəni könüllü tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb. Çıxarılanlar arasında Azərbaycanla yanaşı İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları da var.
Qeyd edək ki, Gürcüstan DİN iyun ayının əvvəlindən xarici vətəndaşların çıxarılması ilə bağlı statistikanı dərc etməyə başlayıb.