Alimlər Allahın işinə əl uzatdı: “Hər şeyə qadir” 12 barmaqlı insan yaradılır

0
108

Yüz minlərlə ildir ki, insan əllərinin 10 barmağı var. Amma indi deyəsən elm adamları bunun kifayət etmədiyinə qərar veriblər.

Kembric Universitetindən olan bir qrup alim yeni bir araşdırmada insanı “hər şeyə qadir” edən “üçüncü baş barmaq” yaradıb.

Bildirilir ki, elm adamları sağ qolun kənarına yapışan və sahiblərinə əvvəllər edə bilmədiklərini bir əllə etməyə imkan verən protez barmaq yaradıblar. Məsələn, əşyaları götürmək, içki şüşələrini açmaq, oyun kartları ilə işləmək və hətta bananın qabığını soymaq – hamısı bir əllə etmək mümkünləşmək üzrədir.

Tədqiqatın aparıcı müəllifi, Kembric Universitetinin koqnitiv nevrologiya professoru Tamar Makinin sözlərinə görə, könüllülər tez bir zamanda əlavə barmağa öyrəşdilər ki, bu da “hərəkət imkanlarını bizim bioloji məhdudiyyətlərimizdən xeyli kənara çıxardı”.

Tədqiqatçılar artıq əlavə baş barmağın xüsusilə qolunu itirmiş və bir əli ilə gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkənlər üçün faydalı ola biləcəyinə inanırlar.

Üçüncü baş barmaq şəxsin həqiqi baş barmağının qarşısına yapışdırılır. Protez, hər bir baş barmağın və ya ayağın altında yerləşən və ayaqqabının içərisinə asanlıqla oturan təzyiq sensoru ilə idarə olunur.

Ümumilikdə komandanın eksperimentində yaşları 3-dən 96-ya qədər olan 596 nəfər iştirak edib və onlara cihazla tanış olmaq üçün bir dəqiqəyə qədər vaxt verilib. Qeyd edək ki, əlavə baş barmaqların ölçüləri uşaqlar və böyüklər üçün fərqlidir.

Təcrübə zamanı iştirakçılara iki tapşırığı yerinə yetirmək göstərişi verilib: dirəkləri götürüb səbətə qoymaq və müxtəlif ölçülü 5 və ya 6 müxtəlif köpük obyektini manipulyasiya etməklə hərəkət etdirmək.

Nəticələr göstərir ki, iştirakçıların 99,3%-i əlavə baş barmağını uğurla idarə edə bilib. Eyni zamanda, resipiyentlərin 98%-i istifadənin ilk dəqiqəsində protezdən istifadə edərək obyektləri uğurla manipulyasiya edə bilib.

Təəssüf ki, alimlərin protezi nə vaxt geniş ictimaiyyətə təqdim edə biləcəkləri və onun nə qədər baha başa gələcəyi hələlik məlum deyil. Bununla belə, protez müəllifləri ümid edirlər ki, onların işləri gələcəkdə insan həyatını asanlaşdıracaq.