Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi

0
70

Mayın 17-də Aşqabadda keçirilən Mədəniyyət Nazirlərinin Beynəlxalq Konfransı çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Türkiyənin mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy ilə görüşüb.

Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tam tənzimlənməsi çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın qurulmasını müzakirə ediblər.

Nazirlər həmçinin tarixi Ani körpüsünün bərpası məsələsi ətrafında fikir mübadiləsi aparıblar.