O, insanlıq dahisi idi

0
125

Heydər Əliyevin imzası, surəti milyon deyil, milyardlarla insanın zəkasına həkk olunub. Onu sevənlərin sayı-hesabı yoxdur. Bu dahi insan , fenomenal qabiliyyətləri, unikal siyasi baxışları, siyasi ideyaları və onların həyata keçməsində dünya liderləri toplusunda yer almış bənzərsiz şəxsiyyət sonsuz məhəbbət, unudulmazlıq timsalı olmuşdur .
XalqI ilə, Dünya Azərbaycanlıları ilə daim yaxın ünsiyyətdə olmuş Heydər Əliyevin əsas məqsədi, həyatının mənası bu xalqın firavan yaşaması, sağlam, bilikli, ən ali düşüncələrə sahib övladlar yetişdirməsi onların həm daxili, həm xarici ziyanverici ünsürlərdən uzaq olması, ölkəmizin sahib olduğu əsrarəngiz nemətlərindən səmərəli istifadə edilməsinə nail olmaq olmuşdur. Bu gün onun adının, surətinin həkk olunduğu hər addımda xoşbəxtlik bəxş edən təəsüratlar baş qaldırır. Heydər Əliyev şəxsiyyətini əks etdirməyə söz ehtiyatımız belə bəs etmir. Bütün gözəl keyfiyyətləri, bəşəri duyğuları kamillik simvolunu özündə birləşdirən bu insan dünya tarixinə səmavi ilgilərin reallıq ilə qovuşmağının sirlərini həyatımıza qatan bir ömür qoruyucusu imzasını atmışdır. Hər bir ölkə vətəndaşImız xarici ölkələrdə onun adını sonsuz fəxrlə xatırladır.Onun həyat verib yetişdirdiyi övladlarınında… Onun ümidlərinin İlham Əliyev tərəfindən həyata keçirilməsi xoşbəxtliyinin zirvəsidir. Heydər Əliyevin ruhunun məkan qurduğu yüksəklik daim əbədi ehtiramla yad ediləcək. Könüllərin taxtını da ələ keçirmiş bu insan həm əməlləri, həm mehribanlığı, səmimiliyi, xoş rəftarı, qayğıkeşliyi sevincli və qəmli hər anı ilə həmişə qəlblərə sönməz duyğusal günlər yaşatmışdır .
Dünyanın bir çox liderləri bir birinə bənzəsə də, Heydər Əliyevin bənzəri olmayıb, olmayacaq da. Çünki, onu yetişdirən öz xalqı olub, canını hər addımında bəxş etdiyi xalqı…

YEGANƏ HÜSEYNOVA