Qonşusundan Rusiyaya zərbə: Kalininqrada gedən yolu kəsilməlidir

0
86

Finlandiyalı siyasətçi, Milli Koalisiya partiyasından Avropa Parlamentinə namizəd Mika Aaltola Rusiyanı Kalininqrada girişdən məhrum etməyi təklif edib.

O, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“GPS müdaxiləsi Rusiyadan və Rusiyanın Baltik dənizində yerləşən Kalininqrad şəhərindən gəlir. Əgər Rusiya hava nəqliyyatına müdaxilə edirsə, niyə Rusiyanın Kalininqrada girişini qadağan etmir və ya sərtləşdirmirlər?” – siyasətçi yazıb.

Bundan əvvəl İsveç Hərbi Dəniz Qüvvələrinin rəhbəri Eva Skooq Haslum Rusiyanı GPS-in Baltik dənizinə müdaxiləsində ittiham edib və NATO-nu müdaxiləyə çağırıb.