İnfarkt riskinizi özünüz ölçün

0
131

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir.

Medicina.az xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə, infarkt riski xeyli yüksəlib.

Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələri göstərir ki, “pilləkən testi” ürək sağlamlığını yoxlamaq üçün asan bir yoldur.

Belə ki, əgər sizə 4 mərtəbənin pilləkənlərini qalxmaq üçün 1,5 dəqiqədən çox vaxt lazım gəlirsə, deməli həkimə müraciət edib müayinədən keçməlisiniz.

Ekspertlər bir daha xatırladıblar ki, gündəlik həyatda sadə dəyişikliklər ürək sağlamlığını yaxşılaşdıra bilər. Buna lift əvəzinə pilləkənlərdən istifadə etmək də daxildir.