“Dörd kənddən sonra Vardenis (Basarkeçər), daha sonra Sünik (Zəngəzur) veriləcək. Vardenisdən 10 kəndin, Sünikdən isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır”.
Bu barədə erməni politoloq Artur Xaçikyan bildirib.
Onun iddiasına görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsində artıq işlər başlayıb.
“Azərbaycanın Naxçıvana çıxışının təmin edəcək bu dəhlizdə yolların asfaltlandığı deyilir. Hakimiyyət bunu gizlədir, lakin sosial şəbəkələrdə yolların təmir edildiyi görüntüləri yayılır. Bu o deməkdir ki, kəndlərin verilməsindən sonra dəhlizin verilməsi də gündəmdədir”, – o iddia edib.
Xaçikyan qeyd edib ki, baş verənlər Ermənistanın yekun kapitulyasiya aktını imzalaması ilə nəticələnəcək.