ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: “Gənclərin 57%-i…”

0
80

11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadəçilərinin sayı narahatlıq doğuran həddə artıb. Dövlətlər bunun qarşısını almaq üçün konkret addımlar atmalıdır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Kluqe bildirib. Kluqe qeyd edib ki, yeniyetmələr arasında zərərli maddələr istifadə istər Avropa, istərsə də ondan kənarda ictimai səhiyyəyə ciddi təhdid yaradır. 15 yaşlı gənclərin 57%-i artıq alkoqol qəbul edib, elektron siqaret adiləşir.

ÜST rəsmisi vəziyyətdən çıxış yolu kimi qiymətlərin artırılmasını, satış yerlərinin məhdudlaşdırılmasını və aromatizatorların qadağan edilməsini təklif edib.