Taksi sürücüləri üçün vacib xəbər – Çıxış yolu var

0
99

Ötən həftə taksilərin fəaliyyəti ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilmiş dəyişikliklərə əsasən, artıq iyul ayından etibarən bu kateqoriyaya aid maşınların rəngləri fərqli olacaq. Belə ki, paytaxt Bakıda fəaliyyət göstərəcək taksilərin rənginin ağ və qırmızı olması nəzərdə tutulur. Bu baxımdan bir çox taksi sürücüsü avtomobillərinin sözügedən rənglərlə yenidən rəngləndirilməsini planlaşdırır. 

Bəs görəsən bu addım taksi fəaliyyətinə icazə verəcəkmi? 

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qanunvericilikdə bununla bağlı heç bir məhdudiyyət yoxdur: 

“Avtomobillərin rənglənməsi ideyası artıq bir çox insanlarda əsas müzakirə mövzusuna çevirilib. Çünki burada rəngsazla danışıb maşının rənglənməsi və Baş Dövlət Yol Polisinə müraciət etməklə, nəqliyyat vasitəsinin rənginin texniki pasportda dəyişmək, yeni nəqliyyat vasitəsi alıb ölkəyə gətirtməkdən qat-qat ucuz başa gəlir. Ona görə də bu daha real və cəlbedici görsənir. Qanunvericilik bununla bağlı heç bir məhdudiyyət tətbiq etmir”. 

Ekspert avtomobillərin rənginin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisindən müvafiq icazə alınmalı olduğunu qeyd edib: 

“Hər bir şəxs avtomobilinin rəngini seçməkdə sərbəstdir. O, rəngi bəyənmədikdə və ya hər hansı texniki parametr uyğun gəlmədikdə dəyişiklik edə bilər. Təbii ki, bu iş avtomobilin ümumi çalarına, görünüşünə və zavod parametrlərinə ziyan dəyməmək şərti ilə həyata keçirilməlidir. Eyni zamanda bu prosedur Dövlət Yol Polisi ilə razılaşdırılmış şəkildə olur. Qanunda bununla bağlı hər hansısa qadağa yoxdur. Ona görə də bu nöqteyi-nəzərdən taksilərin bu üsuldan istifadə etməsi real görünür”