Quba və Şabranda meşə yanğını artıb – YENİLƏNİB

0
446

Səhər saatlarından Şabran rayonunda dağlıq ərazidə başlayan yanğın Quba rayonu, Zərqova inzibati ərazi dairəsində yerləşən dağlıq və meşəlik zonaya qədər genişlənib.

Hadisə yerində Raron İcra Hakimiyyətinin, Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər də var.

Zərqova ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının səbəbləri araşdırılır.

11:16

Şabran və Quba rayonlarının ərazisində meşə zolağında güclü yanğın başlayıb.

Hazırda Şabranın Aygünlü kəndi və Qubanın Zərqova kəndlərində meşəlik ərazidə yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin regional bölməsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvə cəlb edilib.