Bu sadə vərdişlər uzun və sağlam yaşamağa kömək edəcək

0
165

Uzun və sağlam yaşamağın sirləri illərdir araşdırılır. Zamanı geri qaytarmağın yolu olmasa da, qocalma prosesini yavaşlatmağa və ömrü uzatmağa kömək edən sadə vərdişlər mövcuddur. İnsan ömrü getdikcə uzandıqca bu dövrün sağlam şəkildə keçməsi böyük əhəmiyyət kəsb edir. Bəs uzun və sağlam həyat üçün nə etmək olar?

Tibb üzrə tanınmış mütəxəssis Nirusa Kumaranın daha uzun və sağlam yaşamaq üçün beş sadə üsulun izahını təqdim edirik. O bildirir ki, ömrü sağlam şəkildə uzatmağın müəyyən yolları mövcuddur.

Daha çox bitki və balıq istehlak edilməlidir.Daha az ət yeyilməli, daha çox bitki qəbul edilməlidir. Çünki nəticədə bu, ürək-damar xəstəlikləri riskini azaldır və bağırsaq sağlamlığını yaxşılaşdırır. Bunun səbəblərindən biri bitkilərin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri olan bir sıra polifenolları ehtiva etməsidir. Bitkilərdə təbii olaraq meydana gələn mikroelementlər olan polifenolların damarlarda və qan laxtalarında yağ lövhələrinin yığılmasından da qoruduğu düşünülür.

Daha çox idman etmək. İstər sürətli gəzinti, istər üzgüçülük, istərsə də tennis matçı olsun, hər kəs idmanın sağlamlıq üçün çox vacib olduğunu bilir. Formada qalmaq da uzunömürlülük üçün mühüm əhəmiyyət kəsb edir, çünki bu, sağlam qalmağa, maddələr mübadiləsini sürətləndirməyə və əzələ kütləsini artırmağa kömək edir. Həddindən artıq köklük ürək xəstəlikləri, ikinci tip şəkərli diabet və bəzi xərçəng növləri kimi bir sıra xroniki xəstəliklərin riskini artırır, daha çox çəki azlığı isə kiçik xəstəliklərin ciddiləşməsinə səbəb ola bilər.

Zərərli vərdişlərdən uzaq olmaq, xüsusilə də siqaret çəkməmək. İstənilən mərhələdə siqareti tərgitmək əhəmiyyətli sağlamlıq faydaları təmin edə və gözlənilən ömrü artıra bilər.

Sosial olmaq. Sağlam həyat sürmək təkcə idman zalına getmək və ya tərəvəz yeməkdən ibarət deyil. İnsanlar ilə ünsiyyətdə olmaq, onlarla münasibət qurmaq əhəmiyyətlidir. Sosiallaşma fiziki və zehni sağlamlıq üçün vacib elementlərdəndir.

Kifayət qədər yuxu almaq və stresi azaltmaq.Kifayət qədər yuxunu və stresi idarə etmək daha uzun yaşamaq üçün əhəmiyyətlidir. Çünki normal yuxu insan sağlamlığına faydalıdır. Tədqiqatlar dəfələrlə göstərir ki, kifayət qədər yuxu almayan insanlarda ürək xəstəliyi, diabet, piylənmə və depressiya riski daha yüksəkdir. Bundan əlavə, stres insanda bütün problemlərin mənbəyi hesab olunur və “səssiz qatil” rolunu oynayır.