Rusiyada YUMURTA QITLIĞI: imdada Azərbaycan çatdı

0
195

Dekabrın 19-da Azərbaycandan 36 ton (612 min ədəd) həcmində yumurtanın ilk partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Rusiyaya gətirilib.

Bu barədə “Rosselxoznadzor”un saytında yerləşdirilən məlumatda deyilir.

Son aylar məhsulun kəskin bahalaşması fonunda hökumət yumurtanın rüsumsuz idxalına icazə verib. İlin əvvəlindən onların dəyəri 36,63 faiz, noyabrda isə ayrılıqda 15 faiz artıb.

Sənaye nümayəndələri bu vəziyyəti ümumi inflyasiya, dərmanların bahalaşmasına səbəb olan rublun zəifləməsi, eləcə də istehsal üçün istifadə olunan xarici avadanlıqların tədricən köhnəlməsi ilə izah ediblər.

Dekabrın ortalarında Rusiya Prezidenti Vladimir Putin onlayn yekun mətbuat konfransı zamanı ruslardan yumurta qiymətlərinə görə üzr istəyib və vəziyyəti hökumətdəki uğursuzluqla əlaqələndirib.