Amerikalı sahibkar və “SpaceX”in rəhbəri İlon Mask insanların Süd Yolunun bizim hissəmizdəki yeganə ağıllı həyat forması olduğunu irəli sürüb.
Bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Milyarder 20-ci əsrdə yadplanetlilərin mövcudluğu və onların yeri ilə bağlı suala cavab tapmağa çalışan italyan nəzəri fizik Enriko Fermini xatırladıb.
Mask deyib ki, şüur çox nadir bir şeydir:
“Kainatın bizim hissəsində yalnız insanlıq ağıllı həyat formasını təmsil edir. Mən yadplanetlilərin mövcudluğuna sübut görmədim; bəlkə də biz Qalaktikanın bu hissəsində şüurlu yeganə canlılarıq”.
Milyarder əlavə edib ki, gələcəkdə insanlar xüsusi və “ulduzlararası” növə çevrilə bilərlər. Ancaq bu, Yer kürəsində heç bir fəlakət baş vermədikdə baş verəcək.