Nazir: “Qızılcaya yoluxanların sayında azalma var, distant təhsillə bağlı gözlənti yoxdur”

0
181

“Görünən mənzərə odur ki, qızılcaya yoluxanların sayında nisbətən azalma var”.

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, proses nəzarətdədir:

“Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında, düzgün qaydada peyvənd etdirməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər”.