Türk lirəsi KƏSKİN UCUZLAŞDI

0
851

Noyabrın 7-də keçirilən ticarət zamanı türk lirəsi 1 dollar üçün 28,6 lirəyə kimi ucuzlaşıb.

Bunu “Forex” platformasındakı ticarət məlumatları sübut edir.

Məlumata görə, ən aşağı həddə isə lirənin məzənnəsi 28,64-ə qədər geriləyib. Lirə bir dollar üçün 28,5-ə kimi möhkəmlənə bilib. İlin əvvəlindən lirə yarıdan çox dəyərini itirib.

Mərkəzi Bankın əsas faiz dərəcəsini 35%-ə qaldırmasına baxmayaraq, Türkiyədə inflyasiya ilin sonuna kimi 68%-ə çata bilər. Müqayisə üçün: 2022-ci ildə 85% idi. Lirə ilə yanaşı, 2023-cü ildə ən pis nəticə göstərən inkişaf etməkdə olan bazar valyutalarından bəziləri Rusiya rublu və Argentina pesosu olub.