Varlığımızı qoruyaq

0
998

Oğlumla kainat haqqında söhbətimiz, bildiklərimizi paylaşımımız məni dərin düşüncələrə qərq etdi.
Hardan yarandığını bilmədiyimiz Allaha inanmamıza şükür etdim. Sonsuz bəşəriyyətin bir canlısı olmağımıza sevinməliyik. Allahın bizə tövsiyyə etdiyi kimi yaşasaydıq dünya cənnətə dönərdi. Mən buna inamımı hələ də itirməmişəm. Xeyirlə-şərin mübarizəsində xeyirliyin bir gün qalib gələcəyinə inanıram. Hələ ki, xeyir işlər çoxdur. Dünya gözəlləşməyə doğru gedir. Hər gün yaşamamızı asanlaşdıran ideyalar yaranır. Kainatda yeni planetlər kəşf olunur. Bəşəriyyət simvolunda
bənzərsiz yerimiz olduğunu anlamağa başlayırıq. Sonsuz dünyanın bir parçası olmağımızı düşünmək yaşam sevincimizi və məsuliyyəti artırır. Öz timsalımızda kainatın bir varlığını görmək sonsuz qürur hissi yaşadır. Dünyada səbəbsiz yaşayan bir cücü belə yoxdur. Allahın yaratdığlarını məhv edənlər insanlıq kitabından silinir. Bu kitaba gözəl əməllərinizi yazdırmaq üçün, varlığımızın ehtişamını yüksəltmək üçün Allahın tövsiyyələrinə əməl etməliyik. Mənsub olduğumuz ən kiçik bir gün də olsa onu ilk növbədə öz varağımızın rifahına, sonra bəşər övladlarının ehtiyaclarına sərf edək. İnsana sonsuz fərəh bəxş edən kimi isə sevindirməkdir.
Dünyanı sevinc yaşadır, xoş əməllər yaşadır.
Kainata səfər edən astronomları düşünərkən, küçədə dilənənləri də unutmayaq.Yerlə-göy qədər fərqli həyat tərzi sürən insanların hər biri zəhmətsiz nemət qazanmağın mümkünsüzlüyünü başa düşməlidirlər.
Biz imtahan dünyasında yaşayırıq.Allahın bizə bəxş etdiyi bacarıqlardan düzgün,səmərəli, xoş niyyətli istifadə ruhumuzun sonsuz hüzurlu yaşamasına nədən olacaq. Bacarıqlarımızdan xeyirli istifadə, bizə bəxş edilən ömrü savabla başa vurmaq da öz əlimizdədir.
Yolumuzdakı sıxıntıları aşırmağa da inamımız, mənəvi gücümüz, sağlam iradəmiz və möhkəm ürəyimiz kömək edəcək.
Yaşayaq, öyrənək, sevək, sevilək. Düşünək yaradaq,sevindirək sevinək,ilham verək və xoş hüzura qovuşaq.
Kamilliyin zirvəsi isə əlçatmazdır…

Sənubər