Xankəndidə bayrağımız nə vaxt qaldırılacaq? – Bakı vaxt verdi

0
237

Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində keçirilən görüşdən sonra “prezident” Samvel Şahramanyanın təmsil etdiyi “Artsax” hakimiyyəti ictimaiyyətə açıqlanmayan Azərbaycan nümayəndələri ilə fəal əlaqə saxlayır. Görüşdə rəsmi Bakının əsas tələbi separatçı rejimin özünü buraxması, Xankəndidə Azərbaycan bayrağının asılması və inteqrasiya prosesinin başlanması olacaq.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, azərbaycanlılar sentyabrın 21-də Xankəndinə daxil olacaq və bayraq asacaqdılar: “Lakin Şahramanyan Şuşada Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və Prezident İlham Əliyevin Qarabağ məsələsi üzrə nümayəndəsi ilə görüşüb, Xankəndidə çaxnaşma yaşandığına görə şəhərə daxil olmağın bir qədər gecikdirilməsini xahiş edib. Şahramanyan bildirib ki, ermənilərin Ermənistana qayıtmasını həyata keçirdikdən sonra özlərini buraxacaqlar. Daha sonra Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq”.

Nəşr mənbələrinə istinadən iddia edir ki, Rusiya sülhməramlıları bu məsələlərə neytral yanaşır.