“Rusiya bioloji silah üzərində işləyir” – Ned Prays

0
160

Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yaradılması üzərində işləməyə davam edir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

“Birləşmiş Ştatlar hesab edirlər ki, Rusiya bioloji silahlar haqqında Konvensiyadan irəli gələn öhdəlikləri pozaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə davam edir”, – xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Kreml öz təcavüzünə haqq qazandırmaq üçün illərdir Ukraynadakı qondarma biosilah laboratoriyaları haqqında dezinformasiya yayır. Bu məqsədlə Kremlin nəzarətində olan mətbuat, Rusiya kəşfiyyatına bağlı informasiya saytları və qondarma ekspertlər cəlb olunub: