Cənnətdəki dogum günün mübarək olsun şəhidim

0
269

Bu gün Qəbələ rayon Yengicə kənd şəhid Səmədli Vüqar Vaqif oglunun mövludu qeyd olundu.

Tədbirdə Qəbələ şəhid ailələri, Şirvan şəhid ailələri, Qəbələ qaziləri, Şirvan qaziləri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri, Qəbələ TV, Yengicə kənd axundu, kənd sakinləri iştirak etdi.

Vəndam qəsəbəsinin rəsm müəllimi Lalə müəllimə öz şagirdləri ilə tədbir də iştirak edərək, çəkdikləri şəhidin şəkillərin onun valideynlərinə təqdim etdi

Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhidin valideynləri çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.
Tədbir ata ocağında çay süfrəsi arxasında davam etmişdir.
Şəhid ev muzeyi ziyarət olunmuş, xatirə şəkilləri çəkilmişdir,

Səmədli Vuqar Vaqif oğlu 20.02.1992ci ildə Qəbələ rayon Yengicə kəndində anadan olub.1998 2007ci illərdə Yengicə kənd məktəbində təhsil alib. 2010 ci il aprel ayında həqiqi hərbi xidmətə gedib. Xidmətəni Bakı şəhərində N saylı hərbi hissədə Sülhməramlı qüvvələrdə edib. 2011ci il oktyabr ayında xidmətəni başa vurub. Daha sonra maddi cətinliklər olduğu üçün tikinti sahəsində işləməyə başlayır. 2 ilə yaxın idi Çeçenistan Respiblikasında işleyirdi. Tovuz döyüşlərində General Polad Həşimovun şəhid olduğunu eşidib işini ataraq vətənə qayitmaq qərarini verir. Bir müddət karantində qalir vətənə gələndə artıq vətən muharibəsi başlamışdi. Oktyabın 1i eve gəlmədən kamisarliğa gedir könüllü yazılır. 5 oktyabr könüllü olaraq muharibəyə gedir. Bir neçə gun Agcabədi də N sayli Hərbi hissədə qalir ve daha sonra mən yatmaga yox döyüşməyə gəlmişəm deyərək komandanlıga müraciət edir. Kəşfiyyat siralarina qatilir və Zengilan, Qubadlı, Fizuli ve Cəbrayılın azad olunmasında fəal iştirak edir. Daha sonra Şuşa uğrunda döyüşlərə qatılır 2 Noyabr 2020ci ildə Şuşanın Daşaltı kəndi uğrunda döyüşdə şəhid olub. 3 Noyabr Doğulduğu Yengicə kəndində dəfn olunub. Şəhid Səmədli Vuqar Vaqif oğlu ölümdən sonra Cenab Ali Baş Komandanin sərancamı ilə “Vətən Uğrunda” “Döyüşdə Fərqlənməyə Görə” “Qubadlının Azad Olunmasına Gorə” medalları ilə təltif olunub

Allah rəhmət eləsin

Təranə Alməmmədova

” Xarıbülbül Ədəbi Məclisinin ” Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri