MM-də Sahibə Qafarova ilə deputat arasında mübahisə: “Zahid müəllim, söhbət qurtardı, diskussiya açmayın”

0
180

Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı deputat və spiker arasında fikir ayrılığı olub.

Spiker Sahibə Qafarova çıxış üçün yazılan deputat Aydın Mirzəzadəyə söz verərkən sırf müzakirədə olan qanun layihəsi barədə danışmağı tövsiyə edib:

“Çıxışlara ancaq mövzu ilə əlaqəli çıxış etməyənlər yazılırlar. Baxıram ki, üç dəqiqə ilə yazılıb, ancaq çıxış edə bilməyənlər yazılırlar… Aydın müəllim, əgər müzakirədə olan qanun layihəsi barədə çıxış edəcəksinizsə, buyurun”.

Bu zaman deputat Zahid Oruc mikrofonsuz nəsə deyib.

S.Qafarova isə ona irad tutub:

“Zahid müəllim, mənə kömək lazım deyil!.. Zahid müəllim, söhbət qurtardı, mən bilirəm, hamı danışa bilər, hamının ürəyi doludur. Ona görə də xahiş edirəm, diskussiya açmayın”.