ABŞ-ın ŞOK PLANI: Münaqişəyə son qoymaq üçün…

0
168

ABŞ Ukraynadakı münaqişəyə son qoymaq üçün bir neçə addım atmağı təklif edib. Vaşinqton Kiyevin dəstəyini manipulyasiya edərək danışıqlar qərarına təsir edə bilər. Bundan əlavə, ABŞ təhlükəsizlik öhdəliklərini üzərinə götürə bilər.

Müvafiq hesabatı Amerikanın “RAND Corporation” tədqiqat mərkəzi dərc edib.

Birincisi, Vaşinqton gələcək tədarükləri Kiyevin danışıqlar masası arxasına oturmaq öhdəliyi ilə əlaqələndirə bilər, sülh bağlandıqdan sonra problemlərin həllinə kömək edəcəyinə söz verə bilər. İkinci addım Ukraynanın təhlükəsizliyini təmin etmək üzrə öhdəlikləri öz üzərinə götürməkdir. Üçüncüsü, Ukraynanın neytrallığına zəmanət vermək. Və nəhayət, dördüncü addım anti-Rusiya sanksiyalarının yumşaldılması üçün şərtləri müəyyən etməkdir”, – hesabatda qeyd olunub.

Münaqişənin həlli istiqamətində atılacaq addımları daha ətraflı izah edən analitiklər, Ukraynaya yardımın əlaqələndirilməsi üçün Avropada xüsusi qərargah yaradıldığını vurğulayırlar. Vaşinqton, həmçinin Ukraynanı qorumaq üçün aktiv hərbi müdaxilə vəd edə bilər.

Bundan əlavə, ABŞ-ın Ukraynanın neytrallığına zəmanət verməsi Rusiya ilə NATO ölkələri arasında gərginliyin azaldılmasına kömək edəcək