Bakıda məktəb binasında otaqlar kirayə verilir: İşıq, su, qaz da pulsuzdur

0
156

Yeni Yasamalda, “Qismət” şadlıq sarayının yanında yerləşən məktəb binasında otaq kirayə verilir. Bu barədə məlumat sosial şəbəkələrdə ev elanları səhifəsində yayılıb.

Elanda bildirilir ki, 3 mərtəbəli məktəb binasının 2-ci mərtəbəsində 1 otaq kirayəyə verilir. Elanda kirayə verilən otağın kommunal xidmətlərinə, yəni qaz, su, işıq puluna görə ödəniş olmayacağı yazılıb. Hamam-tualetin isə ayrı olduğu vurğulanır. 200 manata təklif edilən kirayə otaq elanı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Elandakı nömrə ilə əlaqə saxladıqda məlum oldu ki, kirayə verilən otaq həqiqətən də məktəb binasında yerləşir və sözügedən məktəbdə 1 deyil, 2 otaq kirəyə verilir. Birinin qiyməti 200, digərinin isə 125 AZN təşkil edir. Məktəbin isə “Qismət” şadlıq evinin yanında yerləşdiyi bildirildi….
Artıq şərhə məncə lüzum yoxdur…