Xankəndi yolunda aksiya nə zaman bitəcək? – VİDEO

0
160

“Laçın-Xankəndi yolundakı vəziyyət əvvəl-axır dəyişəcək. Amma bunun üçün Ermənistanda siyasi hakimiyyətdə olanlar və Qarabağdakı separatçı rejim adekvat addımlar atmalıdır”.

Bunu Baku TV-də yayımlanan “Baku Analitik” verilişində millət vəkili Cavanşir Feyziyev deyib.

O bildirib ki, vəziyyətin dəyişməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir. 

“Bu məsələdə Rusiya sülhməramlılarının da rolu var. Onlar öz missiyalarını nə qədər tez yerinə yetirsələr, bu hadisələr də o qədər tez sona çatacaq”, – deyə millət vəkili əlavə edib.